"Ayntraxt"ın yeni baş məşqçisi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Frankfurt təmsilçisini Albert Riera çalışdıracaq. 43 yaşlı mütəxəssislə 2028-ci ilin yayınadək müqavilə imzalanıb. Albert Rieranın son klubu "Selye" olub. O, komanda ilə Sloveniya kubokunu qazanmağı bacarıb.
Qeyd edək ki, Riera bu vəzifədə Dino Topmölleri əvəzləyib.
Əlavə edək ki, "Ayntraxt" hazırda Almaniya Bundesliqasının turnir cədvəlində 19 oyundan 27 xalla 8-ci yerdədir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta