İran hakimiyyəti Amerikanın təzyiqi fonunda dünyanın hər yerindəki banklara pul köçürür.
Publika.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent bildirib.
"Rejim dünyanın hər yerindəki banklara və maliyyə qurumlarına vəsait köçürür. Əmin olun ki, Maliyyə Nazirliyi tədbir görəcək", - deyə o yazıb.
Bessent İran hakimiyyətinin "batan gəmidəki siçovullar kimi" davrandığını vurğulayıb.