AZ

90 cı illərdə Azərbaycanda TOY VİDEO

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

90-cı illərdə Azərbaycanda keçirilən toy mərasimindən yayılan görüntü marağa səbəb olub.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə 1990-cı illərə aid olduğu bildirilən toy mərasimindən görüntülər geniş müzakirələrə yol açıb. Kadrlarda həmin dövrün toy ənənələri, musiqi seçimi, geyim tərzi və məclisin ümumi ab-havası əks olunub.

Paylaşım qısa müddətdə minlərlə baxış toplayıb. İzləyicilər görüntüləri bu gün keçirilən müasir toylarla müqayisə edərək müxtəlif fikirlər səsləndiriblər. Bəzi sosial şəbəkə istifadəçiləri 90-cı illərin toylarında səmimiyyətin və sadəliyin daha çox olduğunu vurğulayıblar. Digərləri isə indiki toyların texniki imkanlar, səhnə quruluşu və şou elementləri baxımından xeyli fərqləndiyini qeyd ediblər.

Şərhlərdə həmin dövrün musiqilərinə nostalji ilə yanaşanlar da az olmayıb. "O vaxt toylar daha ürəkdən idi", "İndiki toylar dəbdəbəlidir, amma ruhu yoxdur" kimi fikirlər müzakirələrdə ön plana çıxıb.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
80
1
news.milli.az

10Mənbələr