AZ

“Qızıl top”a namizədlərin yenilənmiş reytinqi: Birinci kimdir?

Nüfuzlu “Goal.com” portalı 2026-cı ildə “Qızıl top”u qazanmağa əsas namizədlərin yenilənmiş reytinqini təqdim edib.

Publika.az xəbər verir ki, mövsüm ekvatoru keçdiyi üçün mübarizə daha da kəskinləşib və Avropanın aparıcı futbolçuları pik formaya çatıb.

Yenilənmiş məlumatlara görə, hazırda mükafatın əsas favoritləri Harri Keyn (Bavariya) və Kilian Mbappe (Real) hesab olunur. İngilis hücumçu Bundesliqa və Çempionlar Liqasında fenomenal məhsuldarlıq nümayiş etdirməyə davam edir və bu, onu dünyanın ən stabil futbolçularından birinə çevirir.

Eyni zamanda, “kral klubu”nun hücum xəttində əsas fiqur olan Mbappe də qolları və oyuna təsiri sayəsində siyahının zirvəsində mövqeyini möhkəmləndirib. Reytinqdə “Barselona”nın vingeri Rafinyaya da xüsusi diqqət ayrılıb.

Braziliyalı futbolçu son dövrlər möhtəşəm forma yığıb və klubunun liderlərindən birinə çevrilib. Onun məhsuldar çıxışı və parlaq oyunu namizədlər siyahısında mövqeyini xeyli yaxşılaşdırmasına və elit namizədlər sırasına daxil olmasına imkan verib.

Seçilən
24
publika.az

1Mənbələr