AZ

KDR-in şərqində mədənin çökməsi nəticəsində ölənlərin sayı 227-yə çatdı

Bakı. Trend:

Konqo Demokratik Respublikasının (KDR) şərqində mədənin çökməsinəticəsində azı 227 nəfər həlak olub.

Trend xəbər verirki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə yanvarın 28-də baş verib və ölənlərindəqiq sayı hələlik müəyyən edilməyib. Çökmə Rubaya şəhəriyaxınlığında yerləşən kolumbit-tantalit (koltan) hasil edilənmədəndə qeydə alınıb. Sözügedən mineral dünya bazarında yüksəktələbatla seçilir və elektrikli nəqliyyat vasitələri, eləcə dəmobil telefonlar üçün batareyaların istehsalında geniş istifadəolunur.

Qeyd edək ki, Konqo Demokratik Respublikası kolumbit-tantalitistehsalında dünya lideridir və hər il təxminən 2000 ton bumineralı hasil edir. KDR-də istehsal olunan koltanın təxminənyarısı Şimali Kivu əyalətinin Rubaya bölgəsində yerləşən mədənlərinpayına düşür.

Seçilən
53
az.trend.az

1Mənbələr