AZ

“Balmoral” kruiz gəmisində yüzlərlə sərnişin naməlum xəstəliyə yoluxdu

Bakı. Trend:

“Balmoral” kruiz gəmisində olan yüzlərlə sərnişin naməlumxəstəliyə yoluxduqları üçün Şotlandiyada keçirilən “Up-Helly-Aa”yanğın festivalında iştirak edə bilməyiblər.

Trend xəbər verirki, bu barədə “The Shetland Times” qəzeti məlumat yayıb.

Şahidlərin sözlərinə görə, təxminən 200 turist ishal və qusmahallarından şikayət edib. Bəzi sərnişinlər kabinələrində təcridolunmağa məcbur qalıblar. Gəmidə qastroenterit simptomları iləbağlı məlumatlar sərnişinlərə hər gün paylanıb.

“Fred Olsen Cruises” şirkəti Lervik limanına səfərin ləğvininəlverişsiz hava şəraiti ilə bağlı olduğunu açıqlayıb.

Səyahət başa çatdıqdan sonra layner Sautqempton limanınaqayıdıb. Gəmi tam dezinfeksiya olunana qədər növbəti səfər təxirəsalınıb.

Seçilən
50
1
az.trend.az

2Mənbələr