AZ

Anna İbrahimbəyova: Bakıda indiyədək belə tamaşa olmayıb

Bakı, 31 yanvar, Anara Axundova, Səfiyar Məcnun, AZƏRTAC

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində eyniadlı tamaşanın premyerası keçirilib. Tamaşa Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun pyesi əsasında hazırlanıb.

AZƏRTAC-ın müxbiri ilə söhbətində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova nümayiş ərəfəsində premyeradan gözləntilərini bölüşüb: “Mən sevinc gözləyirəm! Çünki mənə elə gəlir ki, Bakıda indiyədək belə bir tamaşa olmayıb”.

Həmsöhbətimizin fikrincə, bu əsər bu gün də аktuallığını qoruyur.

“Bu, ikinciyə işarə edən birinci neft bumudur. Biz neft ölkəsiyik və əlbəttə ki, bu mövzu bizim üçün çox önəmlidir”, – deyə o vurğulayıb.

Seçilən
19
1
azertag.az

2Mənbələr