Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əzizə Cəfərzadə küçəsi, döngə 1 ünvanında yaşayan sakinlər uzun illərdir yol problemi ilə üzləşdiklərini bildirirlər.
NOCOMMENT.az xəbər verir ki, sakinlər açıqlamalarında qeyd ediblər ki, yollar yararsız vəziyyətdədir. Onlar dəfələrlə öz imkanları hesabına yola çınqıl tökərək vəziyyəti düzəltməyə çalışsalar da, qısa müddət sonra yol yenidən əvvəlki halına qayıdır.
“Gediş-gəliş mümkün deyil, batırıq”, “Evlərin əksəriyyətində baxil var. İnsanlar ayaqlarının palçıq olmaması üçün ondan istifadə edirlər”, – deyə sakinlər narazılıqlarını ifadə ediblər. /Baku TV/