AZ

"Ayntraxt"ın yeni baş məşqçisi bəlli oldu

"Ayntraxt" Albert Rieranın baş məşqçi təyin olunduğunu açıqlayıb.

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis bu vəzifədə Dino Toppmölleri əvəzləyib və Frankfurt klubu ilə 30 iyun 2028-ci ilədək müqavilə imzalayıb. Riera bazar ertəsi "Ayntraxt"da işinə başlayacaq.

Bazar günü, fevralın 1-də Riera Sloveniya çempionatında "Maribor"la oyunda "Çelye"nin baş məşqçisi kimi son matçına çıxacaq. Cari mövsümdə komanda ən yaxın izləyicisini 12 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir.

saytlarin hazirlanmasi

Seçilən
40
sportal.az

1Mənbələr