AZ

ŞOK: Mənzillərin birində mumiyalanmış kişi meyidi aşkar edilib

Kiyevdə mənzildə 1947-ci il təvəllüdlü kişinin mumiyalanmış cəsədi aşkar edilib.

Bu barədə 30 yanvarda “hromadske” Kiyev polisinə istinadən məlumat verib. Məlumata görə, 29 yanvarda Mənzil Təmiri İdarəsinin (JEK) əməkdaşı polisə müraciət edərək mənzilin təmir üçün açılmasını xahiş edib. Lakin JEK işçiləri polis gəlməmişdən əvvəl qapını sındıraraq kişinin mumiyalanmış cəsədini aşkar ediblər. “Hüquq-mühafizə orqanlarının əməkdaşları cəsədin 1947-ci il təvəllüdlü kişiyə məxsus olduğunu müəyyən ediblər.

Bina sakinləri onu sonuncu dəfə 2021-ci ilin sonu və ya 2022-ci ilin əvvəlində görüblər”.
Polis mərhumun mənzildə qalma şəraitini və ölüm səbəbini araşdırır. Nəşrin məlumatına görə, cinayət işi açılıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr