AZ

Qızıl unitazlı ev satışa çıxarıldı – FOTO

Rusiyada Stavropol vilayətinin Dövlət Yol Polisi idarəsinin sabiq rəisi Aleksey Safonova məxsus, el arasında “qızıl unitazlı ev” kimi tanınan dəbdəbəli malikanə satışa çıxarılıb.

Busaat.az Musavat.com-a istinadla xəbər verir ki, “qaraçı barokko” üslubunda inşa edilmiş bu xüsusi mülkün ilkin satış qiyməti 9 milyon rubl müəyyən edilib.

Məlumata görə, malikanə interyerində ifrat dəbdəbə elementləri – qızılı sanitar qovşaqlar və bahalı dekor detalları ilə diqqət çəkirdi.

Safonovun özü isə ötən ilin yazında rüşvətxorluq ittihamı ilə məhkəmə tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
3
2
busaat.az

3Mənbələr