AZ

16 illik vəzifəsindən azad edilən Mikayılovun

Xəbər verdiyimiz kimi, Qaradağın icra başçısı Süleyman Mikayılov Prezident İlham Əliyev Sərəncamı ilə vəzifəsindən azad edilib.Metbuat.az Qafqazinfo.az-a istinadən sabiq icra başçısının dosyesini təqdim edir: O, 1962-ci ilin aprelin 27-də doğulub.1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb.1984–1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri kimi fəaliyyət göstərib.1995–1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini və idərə rəisi vəzifələrində çalışıb.1999–2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.2003-cü ildən Boks Federasiyasının vitse-prezidentidir. 3 noyabr 2010-cu ildən 2014-cü ilə qədər Beynəlxalq Boks Assosiasiyasının İcraiyyə Komitəsinin,16 aprel 2015-ci ildən etibarən Avropa Boks Konfederasiyasının İcraiyyə Komitəsinin üzvü olub.2005-ci ildə 8 ay müddətinə Yardımlıya rəhbərlik etdikdən sonra 2005–2010-cu illərdə Lənkəran şəhər İcra Hakimiyyətində başçı olub.2010-cu ildən isə Qaradağa başçı təyin edilib.

Ailəlidir, iki övladı var.

Seçilən
24
1
metbuat.az

2Mənbələr