Vyetnamda aqressiv meymun rusiyalı turistin qolunu parçalayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Vyetnamın Nyatşanq şəhəri yaxınlığındakı “Meymunlar adası”nda rusiyalı turist Angelina aqressiv heyvanın hücumuna məruz qalıb.
Hadisə heyvanların bəslənməsi zamanı baş verib. Məlumata görə, bir makaka qəfil qəzəblənərək qızın qolundan bərk dişləyib və dərin yara açıb.
Ərazidə olan işçilərdən biri qıza kömək etməyə çalışıb. O, yaralı hissəni çirkli əlləri ilə sıxaraq qanaxmanı dayandırmağa çalışıb, improvizə edilmiş turniket bağlayıb və qızı xəstəxanaya çatması üçün bərəyə mindirib.
Xəstəxanada həkimlər Angelinaya quduzluq əleyhinə iynə vurub və yarasını tikiblər. Turist qız müalicəsini Rusiyada davam etdirəcək.
Xuraman Etibarlı
İnterpress.az