Ötən ilin oktyabr ayından bəri reanimasiyada müalicə alan Türkiyənin məşhur müğənnisi Fatih Ürek vəfat edib.Metbuat.az xəbər verir ki, ürək tutması keçirən Fatih Ürek, təxminən 20 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarılaraq reanimasiyaya yerləşdirilmişdi. Həmin vaxtdan bəri reanimasiyada müalicə alan müğənni həkimlərin səyinə baxmayaraq həyatını itirib. Qeyd edək ki, bundan əvvəl Fatih Ürekin meneceri Mert Siliv müğənninin sağlamlıq vəziyyətinin kritik olduğunu açıqlamışdı. Dəfn mərasimi ilə bağlı məlumat, meneceri və dostu Mert Siliv tərəfindən ictimaiyyətlə paylaşılacaq.