AZ

Ermənistan ordusunda Ruhani Rəhbərlik bölməsi ləğv edilib » AzadMedia.az

Ermənistan

Ermənistan ordusunda Ruhani Rəhbərlik bölməsi ləğv edilib

Ermənistanın müdafiə nazirinin əmri ilə ölkənin Silahlı Qüvvələrində fəaliyyət göstərən Ruhani Rəhbərlik bölməsi ləğv olunub. Sözügedən struktur 20 ildən artıq müddət ərzində orduda ruhani xidmət göstərib.

Bu barədə bölmənin nümayəndələrindən olan keşiş Psak Mkrtçyan sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, hazırda Ermənistan Silahlı Qüvvələrində xidmət edən ruhani şəxslər öz vəzifələrindən azad olunublar.

“Müdafiə Nazirliyinin qərarı ilə biz artıq orduda ruhani xidmət göstərmirik”, – deyə Mkrtçyan qeyd edib.

Ermənistanın NEWS.am portalının məlumatına görə, Müdafiə Nazirliyi bu qərarla bağlı Eçmiədzin Müqəddəs Ana Taxt-Tacına (Erməni Apostol Kilsəsinin ali dini mərkəzinə) rəsmi məktub göndərib.

Qərarın səbəbləri və gələcəkdə orduda ruhani xidmətin hansı formada təşkil olunacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Seçilən
67
1
azadmedia.az

2Mənbələr