AZ

BMT-nin baş katibi təşkilatı gözləyən "maliyyə böhranı"ndanDANIŞDI

BMT-nin baş katibi Antonio Quterreş qurumu "gözləyən maliyyə böhranı" təhlükəsi barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.

Baş katibin fikrincə, təşkilatın vəsaitləri 2026-cı ilin iyul ayına qədər tükənə bilər.

A.Quterreş böhranın üzvlük haqlarının ödənilməməsi və xərclənməmiş vəsaitləri geri qaytarmağa məcbur edən büdcə qaydası səbəbindən yaranacağını bildirib.

Baş katib quruma ünvanladığı məktubda bildirir ki, təşkilatdakı böhran dərinləşir, xüsusi proqramın həyata keçirilməsini təhdid edir və maliyyə çöküşü riskini yaradır.

O əlavə edib ki, vəziyyət yaxın gələcəkdə daha da pisləşəcək.

Qeyd edək ki, ABŞ-nin BMT-yə və onun qurumlarına ödənişləri 2025-ci ildə 3.3 milyard dollaradək azalıb, bu da BMT-nin ümumi maliyyələşdirməsinin təxminən 14.8%-ni təşkil edir. 2024-cü ildə Vaşinqton təşkilata 14.1 milyard dollar, 2022-ci ildə isə 17.2 milyard dollar vəsait köçürmüşdü.

Seçilən
16
redaktor.az

1Mənbələr