AZ

Qurban Qurbanov, “Qarabağ”ın bazası üzərindən uçan sərçələr və …sabah haqqında

ain.az, Footbal-plus saytına istinadən bildirir.

əvvəli: burda2-ci yazıYox, hələ başqa deyəcəklərim də var. Eyni ilə ötən əsrin 68-80-ci illərinin “Neftçi”si kimi “Qarabağ”ın nəticələri də bu gün respublikanın “istehsalat göstəricilərini” (guya istehsalat var da!), ümumi ab-havanı, adamların əhval-ruhiyyəsini müəyyənləşdirən barometrdi. Hələ o hər qələbəni, hər qolu, hər seyvi sevinc göz yaşları ilə qarşılayan cocuqlar, Vətənin gələcəyi olan körpə fidanlar var e, məğlubiyyətə elə üzülürlər ki, adamın üzərinə sanki lay divar çökür. Bəli, “Qarabağ” qitənin ən nüfuzlu klub turnirindəki qələbələri ilə həm də vecsiz yığması olan ölkənin futbolunun ölmədiyini, ayaqda olduğunu, irəlidə parlaq günlərin ola biləcəyini göstərir. Dünən, bu gün yazdıqlarımla “Qarabağ”ın müasir Azərbaycanın həyatındakı, kültüründəki, hətta adamların yaşam tərzindəki əlahiddə rolunu anlatmağa çalışdım. Bacardımsa, nə yaxşı, bacarmadımsa, yazını tamamlayırmış kimi əlavə edərsiz.Amma və lakin... Ortada bir qorxunc “Enfild” məğlubiyyəti var. Və həmin məğlubiyyətə görə bu gün ilk yazıda “Qarabağ” vurğunları” adlandırdığım qrupun “Realist “Qarabağ”lılar”ın ünvanına hərzə-hədyan danışmasının, “pley-offa vəsiqəni unudub, bu məqamı qabartmağınız gülüncdü”, “Qarabağ”ı gözünüz götürmür” kimi ifadələr işlətməsinin heç bir əsası yoxdu. Axı o acı məğlubiyyəti necə qəbul etmək olar?! Bu iki fərqli xətti necə bir-birinə qarışdırırsız?!Meydanda əvvəlki 7 oyunda gördüyümüz “Qarabağ”dan əsər-əlamət yox idi. Təsadüfi deyil ki, “Liverpul” məhz bu oyunda rəqib qapısına zərbə sayına (38!) görə ÇL-in son 10 ilinin rekordunu müəyyənləşdirdi. Elə bir futbolçu yoxdu ki, az-çox normal oynadığını deyək. Bilirəm, çoxları Medinanın adını çəkir. 6 qol buraxan komandanın müdafiə xəttini necə fərqləndirmək olar – bilmirəm və bilmək də istəmirəm. Çünki futbola belə yanaşmanın heç bir elmi-məntiqi-praqmatik əsası yoxdu.Və futbolçularının, komandasının potensialına bələd olan Qurban Qurbanov 0:6-ya görə paltardəyişmə otağında yetirmələrinə hər cür acı söz deyirsə, məğlubiyyəti sorğulayırsa, narazı qalırsa, mən – sıravi jurnalist, azarkeş nədən pley-offa vəsiqənin parıltısına kor olub, o mənhus oyunu unutmalıyam? Düzdü, Qurban bəy oyunsonrası mətbuat konfransında uğursuzluğu futbolçuların arxayınlığı ilə izah edib. Amma belə arxayınlıq olubsa, birmənalı şəkildə hörmətli baş məşqçi günahkardı!Gəlin razılaşaq ki, 2-ci qolun vurulduğu 21-ci dəqiqədən sonra “Liverpul”la oyun bizim üçün bitdi. Ekrandan Tural Dadaşov tez-tez turnir cədvəlindəki durumu xatırladır, biz isə ona da inanmırdıq; milyonlarla azərbaycanlı “soccerstand”, “livescore” və başqa bu tipli statistika saytlarına hücum çəkirdi ki, necəsə, hansı yollasa “Qarabağ”ın ilk 24 pillədən aşağı düşməsinə “imkan verməsin”. Yaxşı ki sonda başqa oyunlarda istəmədiyimiz nəticələr qeydə alınmadı, son tur ərəfəsində pley-off şansı 96 faizlə dəyərləndirilən “Marsel”in acı taleyini yaşamadıq. Və nə yaxşı ki biz yola davam edirik. Müstəqilliyə qovuşduğumuz gündən bəri ÇL-in əfsanəvi himnini dinləyəndə arzulayırdıq ki, bir gün bizim də qapıda belə toy çalınsın, bax, o yolu deyirəm. Qarşıda bizi sabah, yeni gün gözləyir. Güman ki, “sabah” anlayışı altında, məsələn, “Nyukasl”la pley-off oyunlarından danışacağımı fikirləşirsiz. Yox, mən dairəni bir qədər geniş götürəcəm.ORXAN(davamı sabah gecə olacaq)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
50
icma.az

10Mənbələr