AZ

Sumqayıtda fərdi yaşayış evi yandı – FOTO

Sumqayıtda fərdi evdə yanğın qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə beton zavodu ərazisində yerləşən yaşayış evlərindən birində baş verib.

Yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və yanğınsöndürmə texnikaları səfərbər olunub.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi müəyyənləşdirilir.

Seçilən
24
nocomment.az

1Mənbələr