AZ

Ukrayna Baydenin vəd etdiyi maliyyə yardımını ala bilməyib

Ukrayna keçmiş ABŞ Prezidenti Co Bayden administrasiyasının vəd etdiyi yüz milyonlarla dollar məbləğində maliyyə vəsaitini hələ də almayıb.

Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin adının açıqlanmasını istəməyən Kiyev rəsmisinə istinadən verdiyi xəbərə görə, Ukrayna hakimiyyəti Vaşinqtonun vəd etdiyi maliyyə dəstəyini xatırlatmağın diplomatik narazılığa səbəb ola biləcəyindən ehtiyat edir.

Məqalədə qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp Ukraynanın yardım müraciətlərinə bəzən soyuqqanlı münasibət göstərib.

Ukraynanın maliyyə yardımından məhrum qalmasının səbəblərindən biri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması olub.

Bundan əlavə, Vaşinqton Kiyevə ayrılan vəsaitlərin mümkün sui-istifadəsi ilə bağlı narahatlığını ifadə edib.

Bayden administrasiyasının vəd etdiyi vəsaitin Ukraynanın enerji obyektlərinin bərpasına yönəldilməsi nəzərdə tutulurdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
16
olaylar.az

10Mənbələr