AZ

İspaniyada alimlər mədəaltı vəzi xərçənginə qarşı nəticə əldə ediblər

Bakı. Trend:

İspaniyada alimlər laboratoriya siçanları üzərində aparılantəcrübələrdə mədəaltı vəzi xərçənginə qarşı ümidverici nəticə əldəediblər.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, İspaniya Milli Xərçəng AraşdırmaMərkəzinin tədqiqatçıları “üçlü kombinasiya terapiyası” tətbiqedərək siçanlarda mədəaltı vəzi şişlərinin aradan qaldırılmasınanail olduqlarını açıqlayıblar.

Metod üç fərqli dərmanın eyni vaxtda istifadə olunaraq xərçənghüceyrələrini müxtəlif mexanizmlərlə zəiflətməsinə əsaslanır.

Alimlər bildirir ki, nəticələr yeni müalicə yanaşmalarınınhazırlanmasına imkan yarada bilər. Təcrübə zamanı siçanlardadərmanlara qarşı müqavimət də müşahidə olunmayıb.

Bununla yanaşı, üsulun insanlar üzərində effektivliyinin təsdiqiüçün klinik sınaqların aparılması zəruri sayılır. Araşdırmanınnəticələri "PNAS" elmi jurnalında dərc olunub.

Məqalədə:
Seçilən
66
4
az.trend.az

10Mənbələr