AZ

Kruiz gəmisində 200 sərnişin müəmmalı xəstəliyə yoluxub

Böyük Britaniya və Norveçdən keçən “Fred Olsen Cruise Lines” şirkətinin “Balmoral” kruiz gəmisində sərnişinlər arasında kütləvi xəstəlik qeydə alınıb.

Qaziler.az xəbər verir ki, bu haqda “The Sun” qəzeti yazır.

Sərnişinlər iddia edirlər ki, təxminən 200 nəfərdə qusma və ishal yaşanıb. Bu isə mədə-bağırsaq infeksiyasının tipik əlamətləridir. Xəstəliyin on günlük kruiz zamanı yayıldığı güman edilir. 1200-dən çox sərnişini qəbul edə bilən gəmidə infeksiyanın daha da yayılmasının qarşısını almaq üçün bəzi qonaqlar müvəqqəti olaraq təcrid olunublar.

Eyni zamanda, bəzi sərnişinlər xəstəliyin virusla deyil, Norveçə çətin keçid zamanı şiddətli dəniz xəstəliyi ilə əlaqəli ola biləcəyi fikrini irəi sürüblər. Gəminin yanvarın 27-də Şetland adalarındakı Lervikdə dayanması planlaşdırılırdı, lakin İnqrid fırtınası ilə bağlı təhlükəsizliklə əlaqədar səfər ləğv edilib. Nəticədə “Balmoral” bütün sərnişinlərin düşdüyü “Sauthempton”a qayıdıb.

“Fred Olsen Cruise Lines” şirkəti gəminin və kruiz terminalının növbəti səfərindən əvvəl tam təmizləmə prosesindən keçəcəyini açıqlayıb. Şirkətin səlahiyyətli nümayəndəsi bildirib ki, infeksiyanın ötürülməsinin azaldılması üçün tədbirlər gəmidə tez bir zamanda həyata keçirilib.

QAZİLER.AZ

Seçilən
62
3
qaziler.az

10Mənbələr