AZ

Almaniya Kansleri Körfəz regionuna səfər edəcək

Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Federal Kansleri Fridrix Merts fevralın 4-də Körfəz regionuna səfər edəcək.

Hafta.az xəbər verir ki, hökumət sözçüsünün məlumatında fevralın 6-dək davam edəcək səfərin Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini əhatə edəcəyi bildirilib.

Almaniya hökumətinin rəhbəri səfərə Səudiyyə Ərəbistanından başlayacaq. Fevralın 5-6-da isə Qətərdə və Birləşmiş Ərəb Əmirliklərində görüşlər planlaşdırılır.

Səfərin məqsədi Körfəz regionunda tərəfdaşlıqların möhkəmləndirilməsi və daha da dərinləşdirilməsidir./azertac/

Seçilən
44
12
hafta.az

10Mənbələr