AZ

Azərbaycanın bir sıra ərazilərində dayanıqlı şəhər mühiti formalaşdırılacaq

Bakıda və ölkənin digər şəhərlərində daha sağlam və dayanıqlı şəhər mühitinin formalaşması və ətraf mühitin qorunması məqsədilə tədbirlər görüləcək.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda öz əksini tapıb.

Tədbirlər planı çərçivəsində mövcud parkların, tarix və mədəniyyət abidələrinin ərazisində və yaxın ərazilərdə abadlıq işləri, küçə və ictimai məkanların yenidən qurulması, yaşıllıq zolaqlarının (o cümlədən yolkənarı ərazilərdə) salınması nəzərdə tutulur.

Bundan irəli gələn məsələləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, bələdiyyələr (tövsiyə olunur), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi icra edəcək.

MənbəTREND
Seçilən
36
45
banker.az

10Mənbələr