AZ

Ali Rada: Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın məbləği 45 milyon dolları ötüb

ain.az, Azertag saytına istinadən bildirir.

Kiyev, 30 yanvar, AZƏRTAC

Bu qış Ukraynanın enerji mənbələrinin bərpası üçün tam vaxtında edilmiş və son dərəcə vacib yardım və töhfəyə görə Azərbaycana səmimi minnətdarlığımı bildirirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının vitse-spikeri Yelena Kondratyuk deyib.

Yelena Kondratyuk qeyd edib ki, yardım ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycanın Energetika Nazirliyi tərəfindən həyata keçirilib.

“Rusiyanın tammiqyaslı işğalının başlanmasından bəri dost Azərbaycan Ukraynaya ilk dəfə deyil ki, humanitar yardım göstərir. Bərpa və yenidənqurma işlərinə yönəldilmiş dəstək də daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardımın ümumi məbləği artıq 45 milyon dolları ötüb”, – deyə Ukrayna Ali Radasının vitse-spikeri Yelena Kondratyuk vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
13
azertag.az

10Mənbələr