AZ

Sərxoş qadın taksi çağırmaq əvəzinə başqa maşını oğurladı Qəza törətdi VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avtomobil oğurluğunda şübhəli bilinən qadın cərimələnib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Omsk şəhərində baş verən hadisə kameraya düşüb. Məlumata görə, Energetikov küçəsində 40 yaşlı qadın sərxoş vəziyyətdə mühərriki işlək olan başqasının kilidsiz “Nissan” markalı avtomobilinə minərək geriyə hərəkət edən zaman idarəetməni itirib və park edilmiş başqa bir avtomobilə çırpılıb.

Daha sonra qadın polis tərəfindən saxlanılıb. O, ilkin ifadəsində qonaqlıqda olduğunu deyib və əlavə edib ki, niyyəti evə getmək olub, lakin taksi çağırmaq əvəzinə tanımadığı şəxsin avtomobilinə minmək qərarına gəlib.

Sərxoş olan Omsk sakininə 1009 manat məbləğində inzibati cərimə yazılıb.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Oxunub 26

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
20
avtosfer.az

10Mənbələr