Meksikada korrida festivalında öküz gənc qızı ağır yaralayıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Meksikada keçirilən ənənəvi korrida festivalı zamanı dəhşətli hadisə baş verib. Şəhər meydanında baş tutan oyunlar zamanı qəzəblənmiş öküz yerli sakin olan bir gənc qıza hücum edib.
Məlumata görə, qız təhlükə anında bir anlıq tərəddüd etdiyi üçün öküzdən qaçıb xilas ola bilməyib və heyvanın hədəfinə çevrilib.
Hadisə nəticəsində ağır xəsarətlər alan qız dərhal xəstəxanaya çatdırılıb.
Həkimlər zərərçəkmişin qarın nahiyəsindən ciddi travmalar aldığını və vəziyyətinin ağır olduğunu bildirirlər. Hazırda o, reanimasiya şöbəsindədir.
Xuraman Etibarlı
İnterpress.az