AZ

MDU TGT “İlin Tələbə Gənclər Təşkilatı” seçildi


Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə 2026-cı ilin 30 yanvar tarixində 2 Fevral – Azərbaycan Gənclər Günü münasibətilə “Tələbə Gənclər Təşkilatlarının Mükafatlandırma Mərasimi 2026” keçirilib.
Tədbirdə ölkənin ali təhsil müəssisələrini təmsil edən Tələbə Gənclər Təşkilatlarının il ərzində həyata keçirdikləri fəaliyyətlər qiymətləndirilib və fərqlənən qurumlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı mərasimdə 3 nominasiya üzrə yüksək nəticə əldə edərək təltif olunub. Belə ki, MDU TGT 2025-ci il ərzində həyata keçirdiyi fəal, innovativ və tələbəyönümlü fəaliyyətinə görə “İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görülüb.
Eyni zamanda, MDU TGT-nin nəzdində fəaliyyət göstərən “CreArt” Klubu yaradıcılıq və sosial layihələr sahəsindəki uğurlarına görə “İlin Tələbə Klubu” seçilib.
Daha bir əlamətdar uğur isə təşkilatın sədrinin tələbələrlə iş üzrə müavini Sübhanə Abuşovanın fəal təşkilati fəaliyyəti və tələbə gənclərlə effektiv işinə görə “İlin TGT nümayəndəsi” fəxri adına layiq görülməsi olub.
Qeyd edək ki, əldə olunan bu nailiyyətlər Mingəçevir Dövlət Universitetində tələbə gənclərin ictimai fəallığının artırılması, liderlik bacarıqlarının inkişafı və gənclərin sosial-mədəni həyata aktiv inteqrasiyası istiqamətində görülən sistemli işlərin nəticəsidir.
 







Seçilən
72
9
yeniavaz.com

10Mənbələr