Cümə günü Pakistanda İslam rejiminə və İslam İnqilabının lideri Ayətullah Əli Xameneiyə dəstək məqsədilə kütləvi mitinq keçirilib.
Azreform.info İranın "Mehr" xəbər agentliyinə istinadən xəbər verir ki, nümayişlər Donald Trampın İrana qarşı təhdidlərindən sonra başlayıb.
Etiraz aksiyasında nümayişçilər İslam İnqilabının liderinə güclü dəstəklərini bildiriblər və ABŞ-nin və onun prezidentinin düşmənçilik siyasətini pisləyən şüarlar səsləndiriblər.