AZ

Qareginin qardaşının həbs müddəti uzadıldı


Ermənistan məhkəməsi Ermənilərin Katolikosu II Qareginin qardaşının məhkəməyəqədərki həbs müddətini daha iki ay uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gevorq Nersisyanın vəkili Ara Zöhrabyan TASS-a bildirib.
Bildirilib ki, müstəntiqlər onu xuliqanlıqda və kampaniyaya mane olmaqda ittiham edirlər.
Qeyd edək ki, noyabrın 3-ü Ermənistan məhkəməsi Katolikos II Qareginin qardaşı Gevorq və qardaşı oğlu Hambardzum Nersisyanın bir aylıq məhkəməyəqədərki həbs qətimkan tədbiri seçib. Onlar Respublika Partiyasından Vaqarşapat meri vəzifəsinə namizəd Harutyun Mkrtçyanın feysbuk paylaşımına əsasən ittiham olunublar.
Seçilən
12
12
yeniavaz.com

10Mənbələr