Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Hindarx-Ağdam yolunun Evoğlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İdarəetmədən çıxan "Toyota" markalı nəqliyyat vasitəsi yol kənarına aşıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Xəsarət alanlar 1993-cü il təvəllüdlü Əliheydər Qurbanzadə və 1977-ci il təvəllüdlü Toğrul Mustafayevdir.
Hər iki yaralı Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.