Bu gün Misli Premyer Liqasında 18-ci tur start götürüb.
Bizim.Media xəbər verir ki, ilk oyun gününə 2 matç nəzərdə tutulub.
Əvvəlcə "Karvan-Yevlax" "Sumqayıt"ı qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında 1-ci dövrənin oyunu "gənclik şəhəri" təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün 2-ci matçında "Qəbələ" "İmişli" ilə qarşılaşıb. Oyun "Qəbələ"in 3:2 hesablı qalibiyyəti ilə bitib. Sözügedən komandaların 1-ci dövrədəki görüşü isə 2:2 hesabı ilə başa çatmışdı.
30 yanvar (cümə)
17:00. “Qəbələ” – “İmişli” - 3:2
Qollar: Dieqo Almeyda, 7 (0:1), Domi Massumo, 27 (1:1), 45+6 (2:1), Dieqo Almeyda, 61 (2:2),
Domi Massumo, 88 (3:2)
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Rahil Ramazanov
Qəbələ şəhər stadionu
14:30. “Karvan-Yevlax” – “Sumqayıt” - 0:2
Qollar: Aleksa Yankoviç, 20, Ronaldo Vazkez, 33
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: İnqilab Məmmədov
AVAR: Teymur Teymurov
Yevlax şəhər stadionu
31 yanvar (şənbə)
14:30. “Kəpəz” – “Şamaxı”
17:00. “Zirə” – “Sabah”
1 fevral (bazar)
16:00. “Araz - Naxçıvan” – “Neftçi”
18:30. “Qarabağ” – “Turan Tovuz”
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta