AZ

"Mən azərbaycanlıyam!” deyib rəqibinə meydan oxudu - Video

style='margin-bottom:10px;'>

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev növbəti qarşılaşmaya hazırlaşır.

QOL.az xəbər verir ki, yüngül çəki dərəcəsində çıxış edən idmançı Bakı UFC 325 turnirində oktaqona çıxacaq.

O, bu döyüşdə braziliyalı Mauricio Ruffy ilə üz-üzə gələcək. Qarşılaşma Avstraliyanın Sidney şəhərində baş tutacaq və turnirin əsas kartına daxil edilib. Döyüşün fevralın 1-i, Bakı vaxtı ilə saat 06:00-da başlanması nəzərdə tutulub.

Döyüşdən öncə idmançılar son dəfə üzləşiblər. Fiziyec rəqibinə məğrurcasına deyib:

“Mən Rafaeləm, Salmanın oğlu! Əli Abbasın nəvəsiyəm. Mən azərbaycanlıyam və mən sənə əllərimlə zərbə endirəcəm - dirsəklərimlə, dizlərimlə və ayaqlarımla. Sabahdan sonra sən bunu hiss edəcəksən. Və mən hazıram. Mən döyüşə gedəndə gülümsəyirəm, bilirsən? Başlayaq!”

Həmin anın videosu

Seçilən
11
13
teleqraf.com

10Mənbələr