Hacıqabul rayonu ərazisində yerləşən Haramı dağında palçıq vulkanı püskürüb.
NOCOMMENT.az xəbər verir ki, bir neçə saniyə püskürən palçıq vulkanı hündürlüyə qalxan alovla müşayiət edilib.
Vulkan püskürməsi Bakı-Qazax magistralından, Hacıqabul ərazisində yerləşən bir neçə kənddən müşahidə olunub.
