ain.az, Azpost portalına istinadən məlumat yayır.
Dünya alimləri həşəratların müəmmalı şəkildə və sürətlə yoxa çıxmasından narahatdırlar.
AzPost Daily Mail nəşrinə istinadən bildirir ki, Almaniyadakı tədqiqatçılar sənayenin fəaliyyət göstərmədiyi bölgələrdə belə populyasiyaların 75%-dən çox azaldığını aşkar ediblər.
Hyustondakı reanimasiya həkimi Cozef Varon nəşrə bildirib ki, böcəklər, kəpənəklər, güvələr, milçəklər, ağcaqanadlar və arılar da daxil olmaqla həşəratlar fəlakətli sürətlə yoxa çıxır. Bu da ekoloji qeyri-sabitliyin kritik siqnalıdır.
Varon vəziyyəti tibbdə təhlükəli bir anla müqayisə edib: Xəstə orqanizmi sıradan çıxmazdan əvvəl qəfildən susmağa başlayır.
“Tibbdə sükut səs-küydən daha həyəcanlı ola bilər. Naahatlıqdan şikayət etməyi qəfil dayandıran xəstə və ya işləməyi dayandıran monitor sağalma deyil, sistemili bir nasazlıq siqnalı verə bilər”, – deyə Varon deyib.
Onun sözlərinə görə, ekologiyada da oxşar vəziyyət müşahidə olunur və bu sükut ciddi narahatlıq doğurur.
O əlavə edib ki, həşəratların yoxa çıxması kənd təsərrüfatını təhdid edir. Ekspert qeyd edib ki, bu baş verirsə əsas qida maddələri, vitaminlər, minerallar və antioksidantlar da yox olacaq. Bu da immun sistemini zəiflədə, xroniki xəstəliklər riskini artıra və insan sağlamlığına mənfi təsir göstərə bilər.
Açıq mənbələrə görə, hazırda həşərat növlərinin 40%-dən çoxu məhv olmaq təhlükəsi ilə üzləşir. Mütəxəssislər 2030-cu ilə qədər həşərat növlərinin dörddə birinə qədərinin məhv ola biləcəyini və ya nəsli kəsilmək təhlükəsi ilə üzləşəcəyini proqnozlaşdırırlar. Bu da onların sayının davamlı və sürətli azalmasını göstərir.
“Həşəratlar olmadan qida sistemləri təkcə kəmiyyətcə deyil, həm də keyfiyyətcə çökür. Qida müxtəlifliyi azalır. Davamlılıq itir. Sənaye ehtiyatlarından asılılıq artır”, – deyə Varon yekunlaşdırıb.
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.