ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 4-də keçiriləcək iclasında uçot dərəcəsini dəyişməyərək 6,75 % səviyyəsində saxlayacaq.
“APA-Economics” xəbər verir ki, bu barədə Niderlandın ən böyük maliyyə qrupu olan "ING Group"dan bildirilib.
ING qeyd edib ki, Azərbaycanda pul-kredit siyasətinin yumşaldılması üçün müəyyən ilkin şərtlər formalaşsa da, fiskal və xarici risklərin qalması fonunda tənzimləyici qurumun ehtiyatlı, gözləmə mövqeyi tutacağı ehtimal olunur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.