AZ

Rusiya ordusunun Xersona atdığı mərmi avtobusa dəydi - ölən və yaralananlar var

Bu gün Rusiya ordusu Xerson şəhərini atəşə tutarkən mərmilərdən biri sərnişin avtobusuna dəyib.

Redaktor.az xəbər verir ki, bu barədə "Unian" Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinə istinadən məlumat yayıb.

Hadisə nəticəsində bir sərnişin ölüb, 5 nəfər isə yaralanıb.

Məlumata görə, xəstəxanaya yerləşdirilən bütün yaralılar qəlpə yarası alıb. Həkimlər yaralılara təcili yardım göstərib.

Prokudinin sözlərinə görə, son sutkada Rusiya ordusunun zərbələri nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Seçilən
15
14
redaktor.az

10Mənbələr