"Gün ərzində müxtəlif saytlardan zəng vurublar ki, Yazıçılar Birliyi sizi hüquq-mühafizə orqanlarına şikayət edəcək, bu barədə nə deyə bilərsiniz? Düzü, bu xəbərə həm təəccübləndim, həm də təəccüblənmədim".
"Yeni Sabah" xəbər verir ki, bunu şair Aqşin Yenisey sosial şəbəkə hesabında paylaşıb.
Şair bildirib ki, təəccübləndim ki, mən Elza Seyidcahan o quruma üzv seçiləndən sonra orada baş verən hadisələr haqqında heç vaxt yazmamışam, danışmamışam:
"Yəni Elza xanım hamıdan əvvəl mənim ağzımı “tikdi”.
Nə orada gedən ev davalarına qoşulmuşam, nə də təqaüdə görə rədd cavabı alıb, oradakılardan kiminsə haqqında tənqid yazmışam. Mənim adımı “Aqşin Yenisey də daxil olmaqla” ifadəsi ilə başlayan o repressiya ilərinin cümləsinə kim salıb, niyə salıb? Kimdən gəlib bu qaralama, ləkələmə əmrini?".
"Təəccüblənmədim ona görə ki, Yazıçılar Birliyinin “tarixini” bilirəm. O tarix ki, hamınız bilirsiniz: bizdən olmayanları tutdurmaq, sürgün etdirmək, güllələtdirmək. İndi sürgün etmək və güllələtdirmək dəbdən düşüb deyə məcbur tutdurmaqla kifayətlənirlər.
Anlamırlar ki, vaxtilə kimi tutdurublarsa, sürgün etdiriblərsə, güllələtdiriblərsə, Azərbaycan ədəbiyyatı onu bağrına basıb.
Son otuz beş ildə Yazıçılar Birliyi adımı birinci dəfə bir siyahıya saldı, o da tutdurmaq üçün...
Allahınız köməyiniz olsun!" - Aqşin Yenisey əlavə edib.
Telegram kanalımız