AZ

Rusiya TRIPP layihəsinə qoşulmaq imkanını nəzərdən keçirməyə hazırdır -Zaxarova

Rusiya “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə qoşulmanın mümkün variantlarını araşdırmağa hazırdır.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

""Tramp marşrutu" adlandırılan layihəyə gəlincə, o cümlədən Rusiya Dəmir Yollarınının unikal ekspertizasını nəzərə alsaq, biz öz qoşulma imkanlarımızı araşdırmağa hazır olduğumuzu təsdiqləyirik. Lakin əvvəlcə, yəqin ki, bu təşəbbüsün həyata keçirilməsi və işləməsi ilə bağlı bütün detallarla yaxından tanış olmaq lazımdır. Biz belə anlayırıq ki, onun işlənməsi hələ yalnız ilkin mərhələdədir”,- deyə Zaxarova bildirib.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Seçilən
38
7
ikisahil.az

10Mənbələr