Ətraf mühitin qorunması üzrəictimai fəal ağac gövdəsinə qucaq açaraq, bu vəziyyətdə 72 saat qala bildiyinə görə Ginnesin Rekordlar Kitabına düşüb.
Medicina.az xəbər verir ki, Keniyadan olan Trufena Muthonin rekordu sadə hərəkətlə bəşəriyyəti Yer kürəsinə və təbiətə qaytarmağa qadir ifadəyə çevrilib.
2025-ci ilin fevral ayında 22 yaşlı qadın ilk rekordu qırmışdı - 48 saat ağaca qucaq açdı. Amma bu dəfə o, özünü üstələdi. İkinci rekord cəhdi ilə bağlı Trufena bildirib ki, bu, onun üçün bir növ öhdəliyə çevrilib.. Dözümlülüyə, ardıcıllığa və planetə qayğı göstərməyin keçici bir məsələ olmadığını bilməliyik.
"Ağac" rekordunu iki dəfə qırmaqla fəal ətraf mühitə qayğı göstərməyin davamlı bir məsuliyyət olduğunu nümayiş etdirdi.
Aygün Musayeva