Olaylar.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüş keçirdik. Görüş zamanı insan kapitalının inkişafı və bp ilə mümkün əməkdaşlıq istiqamətləri, həmçinin şirkətin logistika proseslərində AZCON-la birgə fəaliyyət məsələlərini müzakirə etdik. Eyni zamanda bp ilə süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində birgə addımların atılması barədə razılığa gəldik", - paylaşımda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31