AZ

Serbiya səfiri Monteneqro XİN-ə çağırılıb

Serbiya səfiri Neboyşa Rodiç Monteneqronun Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Moderator.az xəbər verir ki, bu barədə Monteneqro XİN-in "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Diplomata sosial şəbəkələrdə serb dilinin Monteneqrodakı hüquqi statusu ilə bağlı paylaşımla əlaqədar narazılıq bildirilib.

Söhbət Serbiya hökumətinin İctimai və Mədəni Diplomatiya İdarəsinin rəsmi hesabında yerləşdirilən paylaşımdan gedir.

Nazirlikdən qeyd edilib ki, paylaşımda verilən şərhlər kobud və qəbuledilməzdir".

Qeyd edək ki, serb dilinin statusu məsələsi 2006-cı ildə Monteneqronun müstəqillik əldə etməsi anından iki ölkə arasındakı münasibətlərdə həssas mövzu olaraq qalır. Serb dili Monteneqroda rəsmi status daşısa da, dil məsələsi mütəmadi olaraq siyasi mübahisələrə səbəb olur. Monteneqro hökuməti xarici qurumların bu mövzu ilə bağlı ictimai bəyanatlarını daxili işlərə müdaxilə kimi qiymətləndirir.

Seçilən
43
27
moderator.az

10Mənbələr