AZ

Silvestr Stallonesiz yeni Rembo filmi çəkilir

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünya şöhrətli aktyor Silvestr Stallonenin rol aldığı "Rembo" seriyasına yeni bir film əlavə olunur.

Axşam.az xəbər verir ki, yeni ekran işi 1982-ci ildə çəkilən "İlk qan" filmindəki hadisələrdən əvvəlki dövrü əhatə edəcək. Filmin rejissoru Jalmari Helanderdir.

Qeyd olunub ki, "Rembo" seriyasının yeni filmində Silvestr Stallone rol almayacaq. Baş qəhrəman obrazını bu il nümayiş olunan "Küçə döyüşçüsü" filmində əsas rolu canlandıran Noa Sentineo ifa edəcək. Ekran işində həmçinin Ceyson Tobin, Kuinsi Aysaya, Cefferson Uayt və Aym Tapthimmonq rol alacaq.

Filmin çəkilişlərinə Taylandın Banqkok şəhərində start verilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
3
axsam.az

9Mənbələr