Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 30 yanvar, AZƏRTAC
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Göygöldə növbəti təlim-məşq toplanışına başlayıb.
Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, bu gün startı verilən hazırlıq prosesi fevralın 8-dək davam edəcək. Göygöl Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Bəhruz Həzrətipur, Rəsul Cazini və Sabah Şəriətinin rəhbərliyi altında 37 güləşçi iştirak edir.
Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer aldığı təlim-məşq prosesi qarşıdakı nüfuzlu yarışlara, o cümlədən fevralın 25-dən martın 1-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək reytinq turnirinə hazırlıq xarakteri daşıyır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.