ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.
Teleqraf-ın məlumatına görə, Qurban Qurbanov 21 ildən sonra yenidən “Sent Ceyms Park” stadionunda olacaq.
Belə ki, 53 yaşlı mütəxəssis 2005-ci il martın 30-da Azərbaycan millisinin heyətində futbolçu kimi İngiltərə yığmasına qarşı bu stadionda dünya çempionatının seçmə oyunu çərçivəsində meydana çıxıb. Həmin görüş Stiven Cerrard və Devid Bekhemin qolları ilə rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Qarşılaşmaya start “11-liy”ində başlayan Qurbanov 76-cı dəqiqədə Anatoli Ponomaryovla əvəzlənmişdi. Görüşdə Qurbanov iki dəfə qol epizodu yaratsa da, fərqlənə bilməmişdi.
O zaman yığmanın baş məşqçisi Şahin Diniyev idi. Bu görüş həm də Qurban Qurbanovun millidə kapitan kimi son oyunu olub.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları fevralın 17–18-də, cavab qarşılaşmaları isə fevralın 24–25-də baş tutacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.