AZ

İran uçurumun kənarında: son açar Ankaranın əlindədir

İran ətrafında geosiyasi dairə sürətlə daralır. ABŞ-ın artan təzyiqləri, hərbi ritorikanın sərtləşməsi və regionda eskalasiya riski Tehranın manevr imkanlarını minimuma endirib.  Reallıq isə bundan ibarətdir: diplomatiya ya indi işə düşəcək, ya da hərbi ssenari qaçılmaz olacaq.

Bu nöqtədə diqqətlər təbii şəkildə Ankaraya yönəlir.

Türkiyə niyə əsas aktordur?

Türkiyə prosesin əvvəlindən etibarən hərbi müdaxilənin əleyhinə çıxan yeganə real regional gücdür. Ankara nə Tehranı itirir, nə Vaşinqtonla körpüləri yandırır. Bu balans Türkiyəni İran–ABŞ gərginliyində yeganə etibarlı vasitəçi mövqeyinə gətirir.

Prezident Rəcəb Tayyib Ərdoğanın İran Prezidenti Məsud Pezeşkianla birbaşa təması, Trampa üçtərəfli zirvə təklifi, ABŞ–Türkiyə–İran formatını gündəmə gətirməsi Ankaranın sadəcə “narahatlıq bildirən ölkə” deyil, oyun quran aktor olduğunu göstərir.

Vaşinqtonun ikili dili, Ankaranın açıq mövqeyi

ABŞ bir tərəfdən hərbi təhdidləri gündəmdə saxlayır, digər tərəfdən vasitəçilər üzərindən danışıqlar axtarır. Bu ziddiyyətli strategiya Tehranı daha da sərtləşdirir. Türkiyə isə açıq mövqe tutur: Müharibə həll deyil, İranın sabitliyi region üçün vacibdir, danışıqlar bərpa olunmalıdır.

Bu, Ankaranı Vaşinqton üçün də qaçılmaz ünvan edir.

Tehran üçün son rasional çıxış

İran kompromisə getmədiyi halda hərbi müdaxilə riski yüksəlir. Bu isə İran üçün də, region üçün də fəlakət ssenarisidir. Tehran artıq başa düşür ki, ABŞ-la birbaşa dialoq Ankara olmadan mümkün deyil.

Araqçi və Pezeşkianın açıqlamaları göstərir ki, İran danışıqlara qapını bağlamayıb, sadəcə bu qapının açarı Türkiyənin əlindədir.

Reallıq  isə sadədir: Müharibə hamı üçün uduzmaq deməkdir, diplomatiya üçün zaman daralır, Ankara prosesin mərkəzində yer alır.

Əgər ABŞ bu kanalı istifadə etməzsə, məsuliyyət artıq diplomatik yox, hərbi eskalasiyanın üzərində qalacaq. Türkiyə isə açıq mesaj verir: sülh mümkündür, amma  gecikmək olmaz.

Mürtəza

Seçilən
74
50
hakimiyyet.az

10Mənbələr