AZ

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri barəsində təqdimat məhkəməyə daxil olub

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimat məhkəməyə daxil olub.

Far.Az report-a istinadən xəbər verir ki, Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev barəsində təqdimata Sumqayıt Şəhər Məhkəməsində baxılacaq.

Onlar barəsində həbs qətimkan tədbiri seçilməsi gözlənilir.

*** 10:22

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı saxlanılıb.

Far.Az report-a istinadən xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev tutulub.

Onlara Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham verilib.

Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.

Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur.

Seçilən
25
18
far.az

10Mənbələr