ain.az bildirir, Konkret.az portalına istinadən.
“Qurtuluş” Reabilitasiya Mərkəzinin əsl sahibinin kimliyi ilə bağlı yayılan məlumatlara ilahiyyatçı Yaşar Qurbanov münasibət bildirib.
KONKRET.az bildirir ki, məsələ ilə bağlı “Yeni Sabah”a danışan Yaşar Qurbanov iddiaları qəti şəkildə təkzib edib.
O bildirib ki, “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və ya sahibi deyil:
“Niyə belə ittihamlar edirsiniz? Allahdan qorxmursunuz?
Bu, yalandır. Elə bir şey yoxdur. Qurtuluş reabilitasiya mərkəzinə millət vəkili Fazil Mustafa da, digər millət vəkilləri də gedib. Mən də ora getmişəm. Qurtuluşun rəhbəri mən deyiləm. Bu tamamilə yalan məlumatdır. Vallah-billah yalandır! Niyə mənə böhtan atırsınız? Bu düzgün deyil, bu insafsızlıqdır.
Mən sizə nə pislik etmişəm ki, adımı yalan xəbərlərlə hallandırırsınız? Mən izahat vermək istəmirəm, bunu polemikaya çevirməyin. Mən çox yerlərə gedirəm, qonaq oluram. Adımın belə hallandırılması düzgün deyil. Bu, bir insanı şərləməkdir”.
Qeyd edək ki, Yaşar Qurbanov müxtəlif vaxtlarda “Qurtuluş” Reabilitasiya Mərkəzinə baş çəkib, pasiyentlərlə görüşüb, dini mövzularda çıxışlar edib və motivasiya xarakterli tövsiyələr verib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.