AZ

Gənc nəslin vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində yaxından iştirak etmişdir. Gənclik - gələcəyə ümid, özünə əminlik, tükənməz enerji, iradə və əzmin təcəssümüdür. Gənclər öz enerjisi, bilikləri və yenilikçi düşüncələri ilə ölkənin gələcəyini formalaşdırırlar. Bu gün gənclərin qazandığı təcrübə və bilik sabah dövlətin inkişafında mühüm rol oynayır. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.

Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən asılıdır”.

Ümumilli lider Heydər Əliyevin gənclər siyasətinin əsas məqsədi yeni nəslin sağlam yetişməsi, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etmək idi. Azərbaycanda gənclər gününün xüsusi olaraq qeyd olunması da məhz onun adı ilə bağlıdır. Ulu öndər gənclərlə bağlı siyasətinə hər zaman yeni nəfəs vermiş, bu siyasətin davamlı xarakter almasını şərtləndirmişdir.

Müstəqil Respublikamızın gənclər siyasətinə nəzər salsaq tam əminliklə və qətiyyətlə deyə bilərik ki, Azərbaycan gəncliyi bu gün də dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən ardıcıl imzaladığı fərmanlarla, verdiyi tapşırıqlarla kadr potensialına, xüsusilə də gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə diqqət yetirir. Gənc istedadların aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi və yüksək səviyyəli təhsil alması üçün əlverişli şəraitin yaradılması da gənclər siyasətinin prioritet istiqamətlərindən biridir. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu siyasətini inamla dəstəkləyirlər.Bunun bariz nümunəsidir ki, Vətən müharibəsində vətənpərvər Azərbaycan gəncləri Ali Baş Komandanın ətrafında sıx birləşmiş, onun əmri ilə işğal altında olan torpaqlarımızı yağı düşməndən azad etmiş, dəmir yumruğun gücünü mənfur düşmənə göstərmiş oldular. Vətənin bir qarış torpağını düşmənə qıymayan gənclərimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yolunda şəhidlik zirvəsinə yüksəldi və istəklərinə nail oldular. Bu gün Azərbaycan dünyada Qalib, bütöv və suveren dövlət kimi tanınır. 

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
9
redaktor.az

10Mənbələr