"Nikol Paşinyanın ora (Qarabağa - red.) gedib rəqs etdiyini xatırlayıram, yadımda qalan ancaq budur. Amma bu ərazinin qanuni olaraq Ermənistan ərazisi kimi tanınması və ya Ermənistanın tərkibinə daxil edilməsi barədə heç nə bilmirəm".
"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib.
O, KTMT tərəfdaşlarının öhdəliklərini yerinə yetirməməsi barədə verdiyi açıqlamalara təəccübləndiyini vurğulayıb.
"O, KTMT-ni Ermənistan dövlətçiliyini məhv etməkdə ittiham edir? Bunu eşitmək belə qəribə gəlir. Bəlkə də sitat səhvdir, gəlin aydınlaşdıraq", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü qeyd edib. - KTMT-nin Ermənistan dövlətçiliyinə qarşı hansı təhdidlər edə biləcəyi barədə fikrini başa düşmürəm".
Telegram kanalımız