AZ

Erməni dramın Bakıda satışına nə vaxt icazə veriləcək? AMB dən cavab gəldi

ain.az, Turkstan.az saytına istinadən bildirir.

Azərbaycan Mərkəzi Bankı (AMB) Ermənistan dramının rəsmi məzənnə siyahısına daxil edilib-edilməyəcəyinə dair “Yeni Sabah”ın sorğusunu cavablandırıb.

Azərbaycan və Ermənistan arasında rəsmən təsdiqlənmiş iqtisadi əlaqələr mövcud olmasa da, tezliklə ticarət dövriyyəsinin başlanması fonunda bununla bağlı müzakirələr gedir. Tərəflərin qarşılıqlı ödəşmədə hansı valyutadan istifadə edəcəyi hələlik bəlli deyil.

Xatırladaq ki, bir çox MDB ölkələri iqtisadi-ticari əlaqələrdə milli valyutalardan istifadə edir.

Turkustan.az xəbər verir ki, AMB-dən bununla bağlı bildirilib ki, hazırda Ermənistan dramının rəsmi məzənnə siyahısına daxil edilməsi ilə bağlı hər hansı qərar və ya müzakirə aparılmır.

Qurumdan qeyd olunub ki, Mərkəzi Bank tərəfindən rəsmi məzənnə siyahısına daxil edilən xarici valyutalar həmin ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə rolu, Azərbaycanla qarşılıqlı xarici ticarət əlaqələri, investisiya tərəfdaşlığı kimi amillər nəzərə alınmaqla müəyyən olunur və vaxtaşırı yenilənir. Rəsmi məzənnə siyahısına yeni valyutaların daxil edilməsi məsələsinə də məhz bu kontekstdə baxılır.

Qeyd edək ki, son dövrlərdə Azərbaycandan Ermənistana 788 min dollar dəyərində yanacaq göndərilib. Bu yanacağın alıcıları Ermənistanın özəl şirkətləridir. Onların SOCAR-la necə ödəşdiyi məlum deyil.

Bundan əlavə, Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan və Rusiyadan taxıl göndərilib. Rəsmi Bakının buna görə tranzit rüsumunu necə və hansı valyuta ilə almasına dair də heç bir məlumat yoxdur. /yenisabah.az/

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
50
icma.az

10Mənbələr